1900-ə yaxın hərəkət iştirakçısı cərimələndi
06 iyul 2020 12:31 (UTC +04:00)

1900-ə yaxın hərəkət iştirakçısı cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı dünən görülmüş işlərlə əlaqədar məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz,  Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 1683 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 215 nəfər olmaqla ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

# 1489
avatar

Mehman Nəbiyev

Oxşar yazılar