2017
08:52
05 İyul 2020

Motosikleti aşıran sürücü xəstəxanalıq oldu

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraməmmədli kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Piriyev Sahil Surxay oğlu motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə motosiklet yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağı araşdırma aparılır.