Tez hazırlana bilən MEYVƏLİ PİROQ - Usta öz sirlərini açır
01 iyul 2020 17:18 (UTC +04:00)

Tez hazırlana bilən MEYVƏLİ PİROQ - Usta öz sirlərini açır

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla “Meyvəli piroq”un necə hazırlanmasını təqdim edəcəyik.

Piroqun hazırlanması üçün lazım olan ərzaqlar:

Xəmiri üçün:

400 qr. un

180 qr. kərə yağı

100 qr. şəkər tozu

1 ədəd yumurta

3-4 x/q. süd

1 ç/q. qabartma tozu

1 bağlama şəkərli vanil

2 çimdik duz

İçliyi üçün:

500 qr.  meyvə (istəyə görə qara qarağat, vişnə, moruq və ya rus alçası götürmək olar)

3-4 x/q. şəkər tozu

1 x/q. qarğıdalı nişastası

Soba tavasının eni 23sm, uzunu 31 sm

180 dərəcəli sobada 45-50 dəqiqəyə hazır olur.

Nuş olsun.

Hazırlanma qaydasına videoda baxa bilərsiniz.

Banu

 

# 7006
avatar

Oxşar yazılar