“Qalatasaray”da daha bir itki
01 iyul 2020 17:10 (UTC +04:00)

“Qalatasaray”da daha bir itki

Türkiyənin “Qalatasaray” futbolçusu daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Mario Lemina ən azı iki həftə komandasına kömək edə bilməyəcək.

Super Liqanın XXIX turunun “Başakşəhər”lə görüşündə (1:1) zədələnərək əvəzlənən futbolçu müayinə olunub. Onun sağ ayaq əzələsində dartılma və qanama aşkarlanıb.

Lemina XXX turun “Trabzonspor”la ev, XXXI turun “Alanyaspor”la səfər matçlarında komandasına kömək edə bilməyəcək. Ötən yay İngiltərə “Sauthempton”undan transfer olunan legioner mövsüm ərzində zədəyə meylliliyi ilə seçilib. O, artıq 8 oyunu zədə səbəbindən buraxıb.

# 3877
avatar

Oxşar yazılar