943
09:28
01 İyul 2020

Bakıda marketdən oğurluq edildi

Bakıda marketdən oğurluq olub.

Lent.az -ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən “Al market”dən satıcının fikrini yayındırmaqla 338 manat dəyərində tütün məmulatları oğurlanıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.