110500
09:59
01 İyul 2020

Əməkdar artist pulsuzluqdan QIZILLARINI SATIR

Əməkdar artist Firuzə İbadova maddi sıxıntı çəkdiyini bildirib. Lent.az -ın məlumatına görə, "5/5" verilişinin qonaq olan müğənniyə aparıcı Zaur Kamal "Hər zaman əziyyət çəkən xanım olmusuz. İllərdir qohumlara, ana, övlada, övladın uşağına baxır. Deyir, borc içində batıram. Deyir, yaşadığım evə 40 min borcum var. Bu qədər toylara getdiniz, qazandınız, bu qədər pul hara getdi?" deyə, sual ünvanlayıb.

F.İbadova isə "Yetim-yesir çoxdur. Qazandığını paylaşmalısan. Toy da yoxdur... Şükür, nə var satıb, dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm" sözlərini əlavə edib.

Aparıcı isə "Firuzə xanım qızıllarını satır" deyib.