1861
18:56
30 İyun 2020

Bu xəstələr evi tərk etməmək barədə iltizama qol çəkirlər - NAZİRLİK


“Ev şəraitində müalicə olunan insanlarla akt bağlanılır, onlar evi tərk etməmək üçün iltizama qol çəkirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, koronaviruslu xəstə sahə həkimi ilə telefonla əlaqə saxlayacaq və ona ev şəraitində nəzarət həyata keçiriləcək.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, artıq koronavirus xəstələri SMS-lə icazə alıb, çölə çıxa bilmirlər, sistemlər inteqrasiya olunub: “Hər hansı şəxs test veribsə, cavab çıxana qədər sölə çıxmamalı, sosial məsuliyyət hiss etməlidir".