1843
18:45
30 İyun 2020

Türkiyədən koronavirusla mübarizəyə dəstək üçün həkimlər gəldi

“Karantin rejimi öz nəticəsini verir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxmaların sayı stabilləşib: “Yoluxmaların ikiqat artması gözlənilə bilərdi, bu, baş vermir. Karantin rejimi imkan verir ki, xəstəxanalarda xəstələrə xidmət göstərə bilək ”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da iş başındadır: “Bu gün Türkiyədən dəvət etdiyimiz yeni həkim qrupu Bakıdadır. Onlar koronavirusla mübarizədə dəstək üçün dəvət olunublar”.