"Azərbaycanla Ermənistan arasında atəşkəs sülhə çevrilə bilmədi" - Prezidentin köməkçisi
30 iyun 2020 18:25 (UTC +04:00)

"Azərbaycanla Ermənistan arasında atəşkəs sülhə çevrilə bilmədi" - Prezidentin köməkçisi

“BMT-nin baş katibi COVID-19 qlobal atəşkəs təşəbbüsü irəli sürüb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi yaxın günlərdə təşəbbüsə öz mövqeyini bildirəcək: “Azərbaycanla Ermənistana arasında atəşkəs sülhə çevrilə bilməyib. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Koronavirus pandemiyası dövründə bu, daha aktualdır”.

# 3346
avatar

Oxşar yazılar