Evdə qaralmağın 3 sadə üsulu
30 iyun 2020 19:14 (UTC +04:00)

Evdə qaralmağın 3 sadə üsulu

 

Artıq yay fəslinin ən isti günlərini yaşayırıq. Lakin pandemiya ilə bağlı olaraq günümüzün demək olar ki, tamamını evdə keçirməyə məcburuq. Həm özümüzün, həm də ətrafımızın sağlamlığı üçün isə dənizə gedə bilmirik. Görəsən, günəş şüası olmadan evdə qaralmaq mümkündürmü?

Lent.az ev şəraitində təbii maskalar vasitəsi ilə qaralmağın 3 qaydasını sizə təqdim edir.

1. Kakaolu qaralma lasyonu

Tərkibi:  

1/3 fincan xam kakao

Yarım fincan nəmləndirici krem və ya vazelin.

İstifadə qaydası:

Hər iki məhsulu yaxşıca qarışdırıb, daha sonra bədənin qaralması lazım olan hissəsinə bərabər şəkildə çəkirsiniz. Əgər daha tünd effekt əldə etmək istəyirsinizsə, maskanın üzərindən ikinci qat da sürtün. İstədiyiniz rəngi, kakaonun miqdarını artırıb azaltmaqla əldə edə bilərsiz.

2. Təbii yağlardan maska

Tərkibi:

1 xörək qaşığı kakao yağı

4 xörək qaşığı susam yağı

1 çay qaşığı yerkökü yağı

1 çay qaşığı ərik yağı

2 xörək qaşığı qoz yağı

İstifadə qaydası isə olduqca sadədir. Sadalanan yağları qarışdırıb, alınan məhsulu həm üzünüzə həm də bədəninizə istifadə edə bilərsiniz.

3. Tut maskası

Tərkibi:

1 çay qaşığl bal

1 ədəd qara tut

Əvvəlcə tutu əzərək balla yaxşıca qarışdırın, daha sonra isə qaraltmaq istədiyiniz nahiyəyə rahatlıqla istifadə edə bilərsiniz.

Bu tip maskaların üstünlüyü, təkibinin vitaminlərlə zəngin olmasıdır.

Banu

 

# 3994
avatar

Oxşar yazılar