1123
11:43
29 İyun 2020

Postlardan geri qaytarılan maşınların sayı AÇIQLANDI

İyunun 28-də 1065 avtomobil keçid postlarından geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az -a daxil olan məlumata görə, dünən Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 55-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 55-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 210, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 450-i rayon, 300-ü paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 1065 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.