1255
10:13
29 İyun 2020

"Baqaj"da sərnişin daşıyan sürücü saxlanıldı

Sərnişinlərə görə 2 dəfə geri gaytarılan sürücü üçüncü dəfə onları "baqaj"da keçirməyə cəhd edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az -a verilən xəbərə görə, iyunun 28-də gecə saat 00:40-da "Mercedes" markalı avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin "baqaj" hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə kecirməyə cəhd edib. Sürücü və sərnşinilər saxlanılaraq barələrində inzibati tədbir görülüb.