19:46
26 İyun 2020

"Arvadım deyir ki, üçüncü dəfə evlən" - Əməkdar artist

"Bir həyat yoldaşım var. Kəbinli, qanunlu Gülü xanımla ailəliyəm. 26 ildir evliyik. Birinci həyat yoldaşım oğlum Emilin anasıdır".

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Ona qalsa" proqramında deyib. Aktyor iki həyat yoldaşı olması xəbərlərinə münasibət bildirib:

"Nə qədər insan var boşanıb, evlənib. İki qadın saxlamaq mənlik deyil. O qədər deyirlər ki, Rəhman iki arvad saxlayır, dözürdüm. Yoldaşım da dözürdü. Saxlamıram, yoxdu elə şey. Yoldaşım deyir ki, bunların acığına get, üçüncü dəfə evlən. Kimin nə işinə qalıb. Söz-söhbətdir, yığışdırsınlar. Xətirlərinə dəymirdim, amma olmaz. verilişlər dostlarımdır, gəlirdilər çəkib yayımlayırdılar. Nə olsun ki, birinci həyat yoldaşım hazırki ilə görüşüb. İnsandılar, "salam-sağ ol" var. Amma biz boşanmışıq və bitib".

Dİgər xəbərlər