“Sərt karantin rejiminin uzadılması barədə məndə məlumat yoxdur, bu, yoluxmaların səviyyəsindən asılıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, evdə müşahidə altına alınan yüngül simptomlu xəstələrlə bağlı prosesə yeni başlanıb. O, həmin xəstələrin sayı barədə hazırda dəqiq məlumata malik olmadığını söyləyib.