10:08
25 İyun 2020

Maşını aşıran türkiyəli müğənninin oğlu son anda xilas edildi

Türkiyənin məşgur müğənnisi Alişan qəzaya düşüb.

Lent.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni İzmir şəhərinə gedərkən avtomobilini dəmir arakəsmələrə çırpıb. Qəza zamanı müğəninin yanında həyat yoldaşı, azyaşlı oğlu və dayəsi olub. Dərhal xəstəxanaya aparılan müğənninin boynundan xəsarət aldığı bildirilir. Müğənni xəstəxanadan çıxarkən göz yaşlarını saxlaya bilməyib və bildirib ki, dayə olmasa uşağı həyatda qalmazdı: “Allaha şükürlər olsun ki, bu ağır qəzadan sağ-salamat çıxa bildik. Dayəmiz olmasaydı oğlum ağır xəsarət ala bilərdi”.

Qəzada şağın dayəsi də kiçik xəsarətlərlə qurtula bilib.

Dİgər xəbərlər