09:22
25 İyun 2020

"Kimsəsiz adamam..." - Arif Quliyev

Xalq artisti Arif Quliyev 8 il əvvəl dünyasını dəyişən oğlu Fəriddən danışıb.

Lent.az xəbər verir ki, "5/5" verilişində qonaq olan aktyor övladının ölümündə özünü günahlandırdığını bildirib:

"Ölümündən 11 il əvvəl də məhbus həyatı yaşayıb. Yuxuma tez-tez gəlir. Oturub söhbət edir, məsləhətlər verirəm. İtki ağır bəladır. Elə hallar olur ki, çarpayıda onu axtarıram. Günahın 99 faizi özümdədir. Yaxşı ata olmuşam, amma... İşim çox olub, fikir verməmişəm. Özümü bağışlaya bilmirəm. Ürəyimdə Fəridə deyə bilmədiyim çox sözlər qalıb. Onu ali təhsilli, xalqına xidmət edən bir cavan kimi görmək istəyərdim. Ana, ata görməmişəm. Axı mən Fəridi ata, qardaş bilirdim. Kimsəsiz adamam, arxa görmək istəyərdim. O da qismət olmadı".

Dİgər xəbərlər