05:34
25 İyun 2020

Kaliforniya ştatında 6 bal gücündə zəlzələ olub

ABŞ-ın Kaliforniya ştatında 6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bakı vaxtı ilə 21:40-da baş verən zəlzələnin episentri ştatın mərkəzində yerləşən İno əyalətində qeydə alınıb. Təbiət hadisəsinin ocağı 2,9 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.

Dİgər xəbərlər