12:49
24 İyun 2020

Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş MÖHTƏŞƏM PARAD - FOTOLENT

Moskvada Qələbənin 75 illiyi ilə bağlı rəsmi parad keçirilib. Lent.az -ın məlumatına görə, Rusiya paytaxtındakı Qızıl Meydanda keçirilən parada 13 min hərbçi, 216 hərbi texnika, 75 təyyarə və helikopter iştirak edib. Tədbirdə Belorus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan, Özbəkistan prezident və hökumət rəhbərləri ilə təmsil olunublar.

Paradda Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edib.

Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət dəstə Moskvanın mərkəzi Qızıl meydanından keçib.

Dİgər xəbərlər