18:19
22 İyun 2020

Britaniyada koronavirusdan ən aşağı ölüm qeydə alındı

Böyük Britaniyada son sutka ərzində koronavirus infeksiyasından (COVID-19) 15 nəfər vəfat edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu martın ortalarından bu günə qədər ən aşağı rəqəmdir.

İndiyədək Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 42 647 nəfərə çatıb.

Ölkədə indiyədək 305 289 nəfər koronavirus infeksiyasına yoluxub.

Dİgər xəbərlər