
"Biz qalib gələcəyik" - Prezidentə yazırlar

Respublikanın müxtəlif yerlərindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktublardan birini Şirvan şəhərindən Şahsənəm Xudayeva göndərib. Lent. Az həmin məktubu təqdim edir:
- Hörmətli cənab Prezident.
Mən Şirvan şəhər sakini olaraq, Sizin bu çətin günlərdə atdığınız addımları yaxından izləyirəm. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edib, onu zirvələrə doğru aparırsınız. Siz xalqımız üçün bu ağır dövrdə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlər görürsünüz. İnanıram ki, pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyiniz bütün tədbirlər müsbət nəticəsini verəcək və biz birlikdə infeksiyaya qalib gələcəyik.
Əziz Prezidentimiz, xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə öz adımdan və bütün şirvanlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz şirvanlılar dövlətçiliyimizin inkişafı uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyirik və Sizinləyik. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Xudayeva Şahsənəm Balahməd qızı
Azərbaycan Respublikası, Şirvan şəhəri.

Oxşar yazılar

“Kraliça”nın hekayəti: “Milislər məni sürüyür, Çita da dirənib ki pulumu ver...” – XVIII BÖLÜM
27 yanvar 2021 , 20:15
Ekoloqlardan HƏYƏCAN TƏBİLİ: Yerə atılan maskalar 500 ilə çürüyəcək
27 yanvar 2021 , 19:07
Füzulinin Xələfşə kəndi - VİDEO
27 yanvar 2021 , 17:46
Hava XƏBƏRDARLIĞI: güclü külək əsəcək, qar yağacaq
27 yanvar 2021 , 17:42
"Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil" - RƏSMİ
27 yanvar 2021 , 16:29
Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü
27 yanvar 2021 , 16:17
"COVİD pasportu" ilə bağlı RƏSMİ AÇIQLAMA
27 yanvar 2021 , 16:15
Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07