06:58
22 İyun 2020

Misirdə 13 terrorçuya ömürlük həbs cəzası verildi

Qahirənin Cinayət Məhkəməsi terrorçu qruplaşma təşkil etdiklərinə və bu qrupa üzv olduqlarına görə 13 nəfərə ömürlük, daha üç nəfərə isə 15 il həbs cəzası verib.

APA xəbər verir ki, bu barədə Masrawy” portalı məlumat yayıb.

Həmin şəxslər “Cəbhat an-Nüsrə” terror təşkilatına qoşulmaqda ittiham olunurlar. Onlar, həmçinin üç milyon Misir funtu (təxminən 185 min dollar) məbləğində cərimə olunublar. Onlar məhkumluq müddəti bitdikdən sonra beş il müddətində polis nəzarətində qalacaqlar.

Dİgər xəbərlər