1396
14:58
18 İyun 2020

İrşad Electronics Mübariz İbrahimovun adını daşıyan liseyi komputerlərlə təchiz etdi - FOTO - VİDEO

Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi sayılan Mübariz İbrahimovun şəhid olmasının 10- cu ildönümü ilə əlaqədar olaraq İrşad Electronics şirkəti Biləsuvar rayonunda yerləşən, Milli Qəhrəmanın adını daşıyan Biləsuvar Təhsil Kompleksini ziyarət edib. Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində təşkil edilən ziyarətin əsas məqsədi gənc

Lent.az xəbər verir ki, mübarizlərin təhsilinə dəstək olmaq, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına tövhə vermək idi. Bununla əlaqədar olaraq, İrşad Electronics tərəfindən liseydə unudulmaz qəhrəmanımızın adını daşıyan informatika otağı yeni noutbuklar və proyektorla təchiz edilib. Şagirdlərlə onlayn ünsiyyət zamanı qəhrəmanımızın hər kəsə örnək ola biləcək həyat yolu haqqında danışılıb, bu təhsil ocağında təhsil alan hər bir gəncin ölkəmizə layiqli vətəndaş olaraq yetişməsi üçün xüsusi məsuliyyət daşıdığı vurğulanıb. Lisey rəhbərliyi göstərilən bu təşəbbüsə görə İrşad Electronics şirkətinə təşəkkür edərək qəhrəmanımızın əziz xatirəsinin əbədiləşməsində rolu olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra şirkət əməkdaşları rayonun Əliabad kəndinə yollanaraq Mübarizin ata ocağını ziyarət ediblər. Ailəsi ilə görüş zamanı Mübarizin qəhrəmanlığından, onun Azərbaycan gənclərinə nümunə olmağından və hər bir azərbaycanlının onun mübarizə dolu həyatı ilə fəxr etməsindən bəhs olunub.

Milli qəhrəmanın atası Ağakərim İbrahimov İrşad Electronics-in əməkdaşlarını Mübariz İbrahimova məxsus otaqda ona həsr oluna guşə ilə tanış edib. Son olaraq isə İrşad Electronics əməkdaşları dünyada öz şücaəti, vətənpərvərliyi ilə qəhrəmanlıq səlnaməsi yazmış Mübariz İbrahimovun məzarını ziyarət edərək əklik qoymuş və xatirəsini yad ediblər.

Xüsusi olaraq vurğulayaq ki, Pandemiya ilə əlaqədar səfər və ziyarət zamanı infeksiyadan qorunmaq üçün TƏBIB-in tövsiyyələrinə ciddi şəkildə riayət edilib.