17:56
16 İyun 2020

İsti hava koronavirusu aqressivləşdirəcək? – ALİMDƏN AÇIQLAMA

“Koronavirus mutasiya edib dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər”.

Lent.az AMEA-nın saytına istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Mixail Paltsev məlumat verib.

Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağı başlamasıdır.

İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə hazırlanmaqda olan peyvəndlərin effektivliyini şübhə altına alır.

M.Paltsev onu da qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə pandemiyanın, bir ildən üç ilə qədər davam etməsidir.

Dİgər xəbərlər