14:54
16 İyun 2020

Cavanşir Quliyev “Müşfiq ağrıları” orotoriyasını Bakıda təqdim edə bilmir - SƏBƏB

“Nəhayət, bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” orotoriyasını bitirdim!”

Bunu Lent.az az-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib.
Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: “Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.

“Liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaragüruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın – xanəndə, təqdimatçı”, – Cavanşir Quliyev əlavə edib.

Onu da deyək ki, əsərin Bakıda nəzərdə tutulan təqdimatı pandemiya səbəbindən təxirə salınıb.

Dİgər xəbərlər