5467
11:47
16 İyun 2020

"Videosu yayılan Bəhram Bağırzadə deyil" - RƏSMİ

“Son günlərdə sosial şəbəkələrdə bir xəstəyə tibbi müdaxilələr zamanı çəkilmiş videonun yayılması yer alıb. Videogörüntünün şərhində yanlış məlumat verilir ki, həmin xəstə Mərkəzi Gömrük Hospitalında müalicə alan Bəhram Bağırzadədir”.

Bu barədə APA -ya Mərkəzi Gömrük Hospitalından bildirilib: “Videoda olan görüntülərin Mərkəzi Gömrük Hospitalına heç bir aidiyyəti yoxdur. Bu video Mərkəzi Gömrük Hospitalında çəkilməyib”.