7888
18:20
13 İyun 2020

Xalq artistinin dəfnində iştirak edən 7 nəfər cərimələndi - Bu səbəbdən


Xalq artisti Teymur Mustafayevin dəfn mərasimində iştirak edərkən xüsusi karantin rejiminin qaydalarını pozan 7 nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az -a bildirib ki, dəfn vaxtı orada təqribən 30 nəfər şəxs olub: “Onların əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar”.