BMT-nin bu qədər əməkdaşı koronavirusa yoluxdu
13 iyun 2020 10:16 (UTC +04:00)

BMT-nin bu qədər əməkdaşı koronavirusa yoluxdu

 

BMT-nin 950-dən çox əməkdaşında yeni növ koronavirusun aşkarlandığı bildirilib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat verib.

O qeyd edib ki, sözügedən virusa yoluxan əməkdaşların ümumi sayı 953 nəfərdir. 

Xatırladaq ki, mart ayının ortalarından etibarən BMT-nin qərargah binasında katiblik işçilərinin iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əlaqədar qurumlarında bütün iclaslar videokonfrans formatında keçirilir. 

Hazırkı iş formatının ən azı iyunun sonuna qədər davam edəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2317

Oxşar yazılar