11:02
11 İyun 2020

Ermənistanda koronavirus daha 18 nəfəri öldürdü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 566 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 14669, xəstəlikdən ölənlərin sayı isə 245 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 5466 nəfərdir.

Dİgər xəbərlər