19:17
10 İyun 2020

ABŞ-ın iki ştatına qar yağdı

Yay fəslinin gəlməsindən iki həftə əvvəl ABŞ-ın Montana və Aydaho əyalətlərində Qayalı dağlar bölgəsində qar yağd.b

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə qar yağışı və qar fırtınalarının foto və videolarını paylaşırlar.

Hava proqnozlarına görə, iyun ayı üçün qeyri-adi soyuq hava ABŞ-ın qərb bölgələrini və şimal düzənliklərini bürüyüb.

Dİgər xəbərlər