4294
19:46
09 İyun 2020

Çörək təminatı ilə bağlı problem olmayacaq - RƏSMİ

“Çörək təminatında keçən həftə problem olmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, iyunun 15-i saat 16.00-da çörək istehsalı müəssisələrinin fəaliyyətinə icazə veriləcək: “Bu, iyulun 16-da səhərdən vətəndaşların çörəklə təmin edilməsinə imkan yaradacaq”.