01:32
09 İyun 2020

"Real"ın müdafiəçisi zədələndi


Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpasına hazırlığını davam etdirən "Real" bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Naço Fernandes sıradan çıxıb.

30 yaşlı oyunçu məşq zamanı zədələnib. Tibbi müayinə zamanı sağ aya əzələsində zədə aşkarlanıb. Naçonun nə zaman sıraya dönəcəyi barədə məlumat verilməyib. Lakin onun qarşıdakı bir neçə matçı buraxması gözlənilir.

Qeyd edək ki, İspaniya La Liqasında mövsüm iyunun 12-də bərpa olunacaq. "Real" ayın 14-də XXVIII tur çərçivəsində "Eybar"ı qəbul edəcək.

Dİgər xəbərlər