Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxdu
07 iyun 2020 08:26 (UTC +04:00)

Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxdu

Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali tələb olunan təhlükəsizlik tədbirlərinə əməl etsə də, koronavirusa yoluxub.

APA-nın Kazinform-a istinadən verdiyi məlumata görə, o, hazırda həkimlərin nəzarəti altında xəstəxanada mülicə olunur. Səhhəti haqqında danışan mətbuat katibi vəziyyətinin qənaətbəxş olduğunu bildirib. 

Berik Uali əlavə edib ki, prezident Kassym - Jomart Tokayev iş qrafikinə uyğun işləyir, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.

 

# 1846
avatar

Oxşar yazılar