Körpənin ağzına yastıq basıb öldürdü - FOTO
06 iyun 2020 20:20 (UTC +04:00)

Körpənin ağzına yastıq basıb öldürdü - FOTO

Ukraynanın Zaporodje vilayətində dayə körpəni yastıqla boğub öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qeydiyyatsız işləyən dayə İşrina Suhanova körpənin valideynlərinə axşam saatlarında zəng edərək, uşaqlarının nəfəs almadığını deyib. Dərhal evə gələn ata uşağını təcili yardıma aparıb, lakin bütün tədbirlərə baxmayaraq, uşaq ölüb.

Dayə Suhanova uşağın qusma nəticəsində boğularaq öldüyünü desə də, təhlükəsizlik kameralarına baxış keçirilib. Kameralara baxdıqdan sonra uşağın dayə tərəfindən öldürüldüyü müəyyən olunub.

Törətdiyi cinayəti etiraf edən baxıcı isə uşağın səsindən narahat olduğunu, bu səbəbdən onun ağzına yastıq qoyaraq o biri otağa apardığını dilə gətirib.

# 19912
avatar

Mehman Nəbiyev

Oxşar yazılar