7 ton narkotik yandırıldı
06 iyun 2020 15:05 (UTC +04:00)

7 ton narkotik yandırıldı

İki rayonda yabanı halda bitən çətənə kolları aşkarlanıb.

Lent.az DİN-nin saytına istinadla bildirir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4815 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.

# 2137
avatar

Mehman Nəbiyev

Oxşar yazılar