Dağıstanda atışma: İki nəfər yaralandı
06 iyun 2020 07:18 (UTC +04:00)

Dağıstanda atışma: İki nəfər yaralandı

 

Rusiya Federasiyasında, Dağıstanın Qızılyar şəhərində naməlum şəxs odlu silahla iki yerli sakini yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

“Axşam saat 21:30 radələrdində (Bakı vaxtı ilə 22:30) Qızılyar şəhərində naməlum silahlı şəxs iki yerli sakini yaralayıb”, - DİN-in məlumatında belə deyilir.

Məlumata görə, hazırda cinayətkarın axtarışı aparılır.

# 2791
avatar

Oxşar yazılar