Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı bəzi hallarda yaranan anlaşılmazlığa aydınlıq gətirib.
Lent.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlmasında Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin mayın 30-dakı sərancamı 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir: “Bu tarix də əvvəlki illərdə olduğu kimi, 2020-ci il iyunun 14-nı təsadüf edir.
İnsanların bir çoxu 2019-2020-ci tədris ilinin yekunu, yəni iyunun 14-nü təqvim ilinin son tarixi ilə dəyişik salırlar”.