2137
12:41
05 İyun 2020

Bərdəli Tərtərdə ağcabədili ata və oğluna hücum etdi

İyunun 4-də Tərtər rayonunda Bərdə şəhər sakini R.Cəmilli xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirib.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.