50392
11:53
05 İyun 2020

Şəxsi maşında maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

“Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər”.

Bu sözləri şəxsi avtomobildə maska taxılması barədə Lent.az -a danışan Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, fərdi şəxslərin öz maşınlarında maska taxması vacib deyil:

“Şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyil. Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər. Buraya avtobuslardan əlavə, taksilər də daxildir. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında da əks olunub. Öz maşınında qoruyucu tibbi maskadan istifadə edilməməsinə görə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanıla bilməz”.