Dünyanın bu günündən xəbərimiz var - VİDEO
05 iyun 2020 09:01 (UTC +04:00)

Dünyanın bu günündən xəbərimiz var - VİDEO

MİKAYIL MÜŞFİQ

(1908-1938)

 

1. Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutda təhsil alıb. Məktəbdə ədəbiyyat fənnindən dərs deyib, tərcümə ilə də məşğul olub. Milli ruhda qələmə aldığı əsərlərində Azərbaycanın təbii gözəllikləri oxunaqlı dillə tərənnüm edilib. Poemalarında dövrünün təzadlı xüsusiyyətlərini ustalıqla göstərə bilib. Yazıçıların plenumunda əksinqilabçı damğası vurulduqdan sonra 1937-ci il iyunun 4-də evində həbs olunub. Əksinqilabi milli təşkilatın üzvü və sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edilib.1938-ci il yanvarın 5-də keçirilən 20 dəqiqəlik məhkəmə prosesində Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verilib və yanvarın 6-da hökm icra olunub. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası ona bəraət verib.

 

 

VAQİF SƏMƏDOĞLU

(1939-2015)

 

2. Azərbaycanın xalq şairi, dramaturq, publisist Vaqif Səməd oğlu Vəkilov 1939-cu iliyunun 5-dəBakıda məşhur Azərbaycan şairiSəməd Vurğununailəsində anadan olub. Bülbül adına musiqi məktəbində vəÜzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri,"Oğuz eli" qəzetininbaş redaktoru vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib. Milli Məclisə deputat seçilib. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunan Vaqif Səmədoğlu2015-ci il yanvarın 28-dəBakıdadünyasını dəyişib və Fəxri Xiyabandadəfn olunub. Xalq yazıçısı Yusif Səmədoğlunun və əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.

 

 

HAMLET XANIZADƏ

(1941-1990)

 

3. Azərbaycanın əməkdar artisti, görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ilin bu günü Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və başqa bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. 1984-cü ildə Dövlət Mükafatı laureatı olub. 20 Yanvar faciəsindən böyük sarsıntı keçirən Hamlet Xanızadə 3 fevral 1990-cı ildə vəfat edib.

 

 

NATİQ RƏSULZADƏ

(1949)

 

4. Azərbaycanın xalq yazıçısı Natiq Rəsul oğlu Rəsulzadə 5 iyun1949-cu ildə Bakıda anadan olub.Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb."İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm" və başqa əsərlərin müəllifidir. Onun ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov" kimi onlarla maraqlı filmlər çəkilib. Xarici ölkələrdə 40-dan artıq kitabı işıq üzü görüb.Nikolay Ostrovski adına Ümumittifaq Mükafatına, "Şöhrət" ordeninə və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyi,Kinematoqrafçılar İttifaqıvəTeatr Xadimləri İttifaqınınüzvüdür.

 

 

CAVANŞİR RƏHİMOV

(1973-1992)

 

5. Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində doğulub. Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb və pulemyotçu kimi Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət edib. 6 avqust 1992-ci ildə vertolyot komandiri, baş leytenant Ruslan Polovinko ilə birlikdə səmaya qalxıb. İki uçuşu müvəffəqiyyətlə başa vursalar da, yenidən havaya qalxan vertolyot raket atəşi ilə vurulub. Cavanşir Rəhimovun nəşinə bir aydan sonra taxıl zəmisindən tapılıb və Bakı şəhərininŞəhidlər xiyabanındadəfn edilib. Azərbaycan Prezidentinin16 sentyabr1994-cü il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Suraxanı rayonundakı146 saylı orta məktəb adını daşıyır,Qaraçuxurqəsəbə parkında büstü qoyulub və haqqında “Cavanşir” adlı sənədli film çəkilib.

 

 

MƏHƏRRƏM ƏLİYEV

(1965-1995)

 

6. Şəhid Məhərrəm Ənvər oğlu Əliyevin anım günüdür. O, 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Bərdə 105 saylı Texniki Peşə Məktəbini bitirib, traktor sürücüsü işləyib. 1983-1985-ci illərdə Ukraynada sovet ordusunda hərbi xidmətdə olub. 1993-cü ildə könüllü olaraq Milli Orduya yazılıb. Məhərrəm Əliyev 5 iyun 1995-ci ildə minaya düşərək şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

 

 

CAHANGİR BAĞIROV

(1919-1943)

 

7. Təyyarəçi Cahangir və yaVladimir Bağırovun anım günüdür. O, 6 oktyabr 1919-cu ildə Həştərxanda Sovet Azərbaycanının gələcək rəhbəri Mircəfər Bağırovun ailəsində dünyaya gəlib. 1938-ci ildə Bakı aeroklubundan məzun olub, Eysk hərbi-dəniz məktəbində və Daşkənt hərbi məktəbində oxuyub. İkinci Dünya müharibəsindəHərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq Moskva ətrafı döyüşlərdə iştirak edib. 1943-cü ilin iyununda Obayan aerodromu yaxınlığındaqeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Onun cənazəsiHəzi Aslanovun köməyi ilə Bakıya gətirilərək, Yasamal qəbiristanlığında anası Mariya xanımın məzarı yanında dəfn edilib. Cahangir Bağırov SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə"Lenin" ordeni ilə təltif olunub.

 

 

YAQUB MƏMMƏDOV

(1930-2002)

 

8. Azərbaycanın xalq artisti, xanəndə Yaqub Məhəmməd oğlu Məmmədov da bu gün xatırlanır. O,1930-cu il mayın 5-də Ağcabədi rayonunda anadan olub. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb, Asəf Zeynallı adına musiqi məktəbində görkəmli xanəndə Seyid Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun ifasında qrammofon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri lent yazılarında qorunub saxlanır.Yaqub Məmmədov 2002-ci ilin iyununda Bakıda dünyasını dəyişib.

 

RONALD REYQAN

 

(1911-2004)

 

9. ABŞ-ın40-cı prezidentiRonald Uilson Reyqanın xatirə günüdür. O, 1911-ci il fevralın 6-da İllinoysda dünyaya gəlib. 1932-ci ildə Evrika Kollecini bitirib və bir neçə regional radiostansiyada idman şərhçisi olaraq çalışıb, filmlərdə kinoaktyor kimi çəkilib.Kino karyerası ərzində 54 filmdə rol alıb. 1962-ci ildə Respublikaçılar Partiyasına keçib və məşhur Hollivud ulduzlarına qarşı aparılan təbliğata baxmayaraq, 1966 və 1970-ci illərdə Kaliforniyanın qubernatoru seçilib. 1968 və 1976-cı illərdə iki uğursuz cəhddən sonra 1980-ci ildə respublikaçıların prezidentliyə namizədi olmağı bacarıb və seçkilərdə qələbə qazanıb. 1984-cü ildə yenidən prezident seçilib. SSRİ-nin dağıdılması planının müəllifi hesab edilən Ronald Reyqan 2004-cü ilin iyununda vəfat edib.

# 2485
avatar

Oxşar yazılar