3130
18:55
04 İyun 2020

Bakıda metronun fəaliyyəti dayandırılacaq


Metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

"Bakı Metropoliteni" QSC-dən APA -ya verilən məlumata görə, Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.3 maddəsinə uyğun olaraq, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.