Bayram etməyin, koronavirusun ikinci dalğasına hazırlaşın - ÜST
04 iyun 2020 15:43 (UTC +04:00)

Bayram etməyin, koronavirusun ikinci dalğasına hazırlaşın - ÜST

“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

“Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - ÜST rəsmisi vurğulayıb.

O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.

# 5854
avatar

Oxşar yazılar