Avtobusda 15 yaşlı yeniyetməyə qarşı oğurluq edildi
04 iyun 2020 09:12 (UTC +04:00)

Avtobusda 15 yaşlı yeniyetməyə qarşı oğurluq edildi

Bakıda avtobusda soyğunçuluq olub. 

Lent.az-ın məlumatına görə, iyunun 3-də saat 18 radələrində Moskva prospektində 199 saylı xətt avtobusunda naməlum şəxs Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü A. Bayramlının çantasından 300 manat mobil telefonu soyğunçuluq yolu ilə talayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi,  rayon Mühafizə Bölməsinin, Səbail rayon Mühahizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini,  əvvəllər məhkum olunan Vüqar Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737

Oxşar yazılar