Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO - YENİLƏNİB
04 iyun 2020 10:03 (UTC +04:00)

Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO - YENİLƏNİB

Göyçay rayonunda intihar edən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxsin rayonun Göyçay şəhərində yaşayan 53 yaşlı Məmmədov Elçin Niman oğlu olduğu müəyyənləşib. Onun ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir.

08:55

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Elçin adlı şəxs özünü körpüdən çaya atıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hazırda onun meyitinin çaydan çıxarılması üçün tədbirlər görülür. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

# 4231
avatar

Oxşar yazılar