10666
11:53
03 İyun 2020

Azərbaycanda “Son zəng”lə bağlı qərar verildi - RƏSMİ

Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Nazirlikdən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.

Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.