1741
06:14
03 İyun 2020

İtaliyada son sutkada koronavirusdan ən az ölüm halı qeydə alındı

İtaliyada son sutka ərzində koronavirusdan 55 nəfər ölüb, 318 nəfər yoluxub. Ölüm sayı pandemiya başlayandan bəri ən aşağı rəqəmdir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ölənlərin ümumi sayı 33530 nəfərə, yoluxma halı isə ümumilikdə 233515 nəfərə çatıb. Onlardan 160 092 nəfəri sağalıb.