Murat Boz özünə yeni sevgili tapıb? - FOTO
02 iyun 2020 12:18 (UTC +04:00)

Murat Boz özünə yeni sevgili tapıb? - FOTO

Bir neçə ay əvvəl aktrisa sevgilisi Aslı Enver ilə ayrılan Türkiyənin tanınmış müğənnisi Murat Boz şəxsi həyatından danışıb.

 Lent.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, ifaçı sosial şəbəkədə ona ünvanlanan “həyatınızda biri varmı” sualına özünəməxsus şəkildə cavab verib. Murad isə pərəstişkarına  cavab olaraq “Marağınızı yaxşı başa düşürəm, həyatımda heç kəs yoxdur. Olsa bilərsiniz, açıqlayaram” sözlərini yazıb.

 Digər bir izləyicisi isə “çox uğurlusan, amma sənin də peşmanlıq hissi keçirdiyin şeylər vardır. ən böyük peşmanlığın nə” deyə soruşub, ifaçı isə cavabında “peşmanlıq deməyək, amma başıma gələn xoşagəlməz hadisələrdən dərs çıxardığım olub” sözlərini bildirib.

 40 yaşlı ifaçı hazırda yeni bir film layihəsi olmadığını, serial haqqında isə düşünmədiyini açıqlayıb.

Banu

# 14206
avatar

Oxşar yazılar