1267
09:01
02 İyun 2020

Dünyanın bu günündən xəbərimiz var - VİDEO

ŞAHNAZ HAŞIMOVA

(1957)

1. Azərbaycanın xalq artisti, müğənni Şahnaz Həsən qızı Haşımova 1957-ci il iyunun 2-də Gəncədə anadan olub. Qəmbər Hüseynli adına Gəncə Musiqi Məktəbini bitirib. 1971-1973-cü illərdə bədii özfəaliyyət kollektivlərinin "Oxu, tar" festivalının iştirakçısı, Gəncə Dövlət Filarmoniyasının direktoru olub, Gəncə Dövlət Filarmoniyasının"Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin solisti və bədii rəhbəridir. Repertuarına Azərbaycan xalq və bəstəkar mahnıları, həmçinin müxtəlif xalqların mahnıları daxildir.Prezident Mükafatına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülən Şahnaz Haşımova əməkdarAybəniz Haşımovanınbacısıdır.

ZÜMRÜD DADAŞZADƏ

(1962)

2. Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq, professor Zümrüd Araz qızı Dadaşzadə 1962-ci il iyunun 2-də Bakıda ədəbiyyatçı ailəsində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsində təhsil alıb. Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi və baş məsləhətçi vəzifələrində, Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında çalışıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, professordur. “Xaqani, 27” televiziya silsiləsinin müəllifi və aparıcısı olub, bir sıra televiziya kanalları ilə əməkdaşlıq edib. “Aqşin Əlizadə”, “Biz də dünyanın bir hissəsiyik...”, “Azərbaycan simfoniyası (1960-1980-ci illər)” kitablarının, müasir Azərbaycan musiqisinin müxtəlif problemlərinə dair 100-ə yaxın elmi-populyar, bədii-publisistik məqalələrin müəllifidir. Zümrüd Dadaşzadə akademik Məmməd Arif Dadaşzadənin nəvəsi, əməkdar elm xadimi Araz Dadaşzadənin qızıdır.

NOVRUZ QURBANOV

(1975-1995)

3. Azərbaycanın Milli Qəhrəmanı Novruz Əliyullah oğlu Qurbanov 2 iyun 1975-ci ildə Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində anadan olub. 1992-ci ildə burada orta məktəbi bitirib, 1993-cü ildə isə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Xeyli müddət hərbi təlimlərdə iştirak edib, sonra torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. N" saylı hərbi hissədə xidmət edib, atəşkəs sazişi imzalananadək döyüşlərdə iştirak edib. Novruz Qurbanov 1995-ci ilmartın 17-dədövlətçilik əleyhinə hərbi qiyamın qarşısını alarkən qəhrəmancasına həlak olub və Ağstafa rayonununGöycəlikəndində dəfn edilib. Azərbaycan Prezidentinin4 aprel 1995-ci iltarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Göycəlikəndində büstü qoyulub.

İBRAHİM AĞA VƏKİLOV

(1853-1934)

4. Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis,ilk hərbi bayrağımızın tərtibçisi, Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi, milli topoqrafiya məktəbinin yaradıcısı, general-mayor İbrahim ağa Paşa ağa oğlu Vəkilovun anım günüdür. O, 1853-cü il mayın 7-də keçmiş Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Tiflisdəki 3-cü Mejavoy Hərbi Gimnaziyasında, Peterburqdakı hərbi topoqrafiya məktəbində təhsil alıb. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışıb, Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə, Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edib. Bosforun hərbi xəritəsini hazırlayıb. Xidmətlərinə görə Çar Rusiyasının “Müqəddəs Anna”, “Müqəddəs Stanislav”, “Müqəddəs Vladimir” və İranın "Şire-Xurşid" ordenləri ilə mükafatlandırılıb. Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxs olan İbrahim ağa Vəkilov Cümhuriyyət dövründə Gəncənin general-qubernatoru olub. O, 1934-cü il iyunun 2-də Bakıda vəfat edib.

HÜSEYN SEYİDZADƏ

(1912-1979)

5. Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Mirəli oğlu Seyidzadənin anım günüdür. O, 1912-ci il oktyabrın 13-də İrəvandaanadan olub.Leninqradda rejissorluq kursunda, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.Müxtəlif illərdə rejissor assistenti, dublyaj rejissoru və ikinci rejissor vəzifələrində çalışıb. Rejissor kimi 43 il ərzində “O olmasın, bu olsun”, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, “Sovqat”, “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” filmlərini ekranlaşdırıb. 1954-cü ildə rejissor Yan Fridlə birgə çəkdiyi “Doğma xalqımıza” ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Hüseyn Seyidzadə 1979-cu ilin iyununda vəfat edib.Aktrisa Ruqiyyə Seyidzadəninoğlu, görkəmli elm və dövlət xadimi Həsən Seyidovun, aktrisa Zəhra Seyidzadənin vəqardaşıdır.

ORXAN KAMAL

(1914-1970)

6. Türkyazıçısıvədramaturqu Orxan Kamalın xatirə günüdür. O, 1914-cü il sentyabrın 15-də Adananın Ceyhan rayonunda dünyaya gəlib. Orta təhsilini yarımçıq buraxaraq mətbəədə, sonra fabrikdə işləyib.“Rəşid Kamali”, “Orxan Rəşid” imzaları ilə jurnallarda şeirləri çap olunub. “Asma çubuq”, “On səkkiz yaş”, “Kiçik adamın qeydləri”, “Arxa küçə”, “Dövlət quşu”, “Kafirin qızı”, “Qürbət quşları”, “Küçə uşağı”, “Qanlı torpaqlar” və başqa kitabların, əsərlərin müəllifidir. Bir sıra əsərləri səhnələşdirilib, bədii filmlər və populyar seriallar lentə alınıb. Dəfələrlə Türkiyənin ən yaxşı yazıçısı və ən yaxşı dramaturqu seçilən Orxan Kamal 1970-ci ilin iyununda vəfat edib və İstanbulun Zincirliquyu məzarlığında dəfn olunub. 1972-ci ildə Türkiyədə “Orxan Kamal mükafatı” təsis edilib.

TOĞRUL NƏRİMANBƏYOV

(1930-2013)

7. Azərbaycanın xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anım günüdür. O, 7 avqust1930-cu ildəBakışəhərində doğulub. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1955-ci ildə isə LitvadaVilnüs Rəssamlıq İnstitutunu bitirib.1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib."Emalatxanada", "Qız Qalası", "Kafedə", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və başqa əsərlərin müəllifidir. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərinibəzəyib. Azərbaycan və SSRİ Dövlət mükafatları, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Toğrul Nərimanbəyov 2013-cü ilin iyunundaParisdə vəfat edib və Passi qəbiristanlığındadəfn olunub.

XEYRANSA MƏMMƏDOVA

(1966-1995)

8. Azərbaycan müğənnisi Xeyransa Məmmədova da bu gün xatırlanır. O, 1966-cı il noyabrın 26-da Bakıda anadan olub. Bakıdakı 232 nömrəli orta məktəbdə oxuyub. Kiçik yaşlarından səhnəyə çıxaraq, məşhurluq qazanıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbindəxanəndəlik sinfində təhsil alıb. 1977-ci ildə “Vətən” instrumental ansamblına qoşulub, ardınca “Oxu tar” müsabiqəsinə qatılaraq uğur qazanıb. 1980-ci ildə böyük səhnəyə çıxıb. Onun ifasında Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, Emin Sabitoğlunun “Azərbaycan, “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbül” mahnıları populyarlıq qazanıb. Moskva, Kiyev, Xarkov, İrəvan və Tiflis şəhərlərində də konsert proqramları ilə çıxış edib. Xeyransa Məmmədova1995-ci ilin iyununda övlad dünyaya gətirən zaman vəfat edib və Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.