ABŞ prezidenti aksiyaları "terror" adlandırdı
02 iyun 2020 03:45 (UTC +04:00)

ABŞ prezidenti aksiyaları "terror" adlandırdı

 

ABŞ-da baş verən iğtişaşlar etiraz aksiyaları deyil, terror aktlarıdır”.

APA “TASS”-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Linkoln və II Dünya Müharibəsi abidələri vandalların hücumuna məruz qalıb. Bu, dinc etiraz aksiyası deyil, bu, daxili terror aktlarıdır. Günahsız insanların öldürülməsi insanlığa və Allaha qarşı cinayətdir”, - deyə Tramp son günlər baş qaldıran iğtişaşlarla bağlı xalqa müraciətində vurğulayıb.

Amerikalı lider mövcud iğtişaşlara son qoymaq üçün federal hökumətin bütün qüvvələrinin səfərbər olunduğunu bildirib. Onun sözlərinə görə, ABŞ federal hökuməti silahlı qüvvələrdən ölkədə qanun və qaydanı bərpa etmək üçün istifadə etməyə hazırdır.

# 2857
avatar

Oxşar yazılar