934
11:34
01 İyun 2020

Ali məktəblərə qəbul imtahanları nə vaxt keçiriləcək? - RƏSMİ

“Proseslərin davamı kimi ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanları da olacaq”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, bu imtahanlar elan olunmayıb, iyunun 5-dək sənəd qəbulu davam edəcək: “Bu gün saat 10.00-dək 75692 nəfər sənəd verib. Onların 12883 nəfəri əvvəlki illərin məzunlarıdır”.