Rayonda icazə verilən vaxtdan çox işləyən kafe aşkarlandı
31 may 2020 14:42 (UTC +04:00)

Rayonda icazə verilən vaxtdan çox işləyən kafe aşkarlandı

Goranboyda sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü “Göyçə” kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan istifadə edilməsi də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

# 2008
avatar

Mehman Nəbiyev

Oxşar yazılar